Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaq. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND) 4:1
1/8 final - Xancavad Məcidzadə - Oleksi Masik (UKR)
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB) 8:0
1/8 final - Mohammad Moxtari (İRİ) - Elvin Mustafayev 2*:2
58 kq
1/16 final - Sanfilippo İqnazio (İTA) - Məhəmmədəli Həsənov 0:8
1/8 final - Taymuraz Kablahov (RUS) - Məhəmmədəli Həsənov 9:6
63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov 3:0
100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU) 8:4 (təmiz qələbə)
1/4 final - Patrik Kaminski (POL) - Camal Feyziyev