Bakı, 25 avqust, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 374 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildirilib ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 702 milyon 404 min 470 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.