İstanbul, 25 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də Ədalət və İnkişaf Partiyasının sədri, Baş nazir Əhməd Davudoğlunu qəbul edib.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə Prezidenti növbədənkənar parlament seçkilərini keçirmək məqsədi ilə müvəqqəti hökumətin qurulmasını Ə.Davudoğluna həvalə edib.
Xatırladaq ki, Türkiyə tarixində ilk dəfədir növbədənkənar seçkilərlə bağlı müvəqqəti hökumət qurulur. Seçkinin keçirilməsi noyabrın 1-nə nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul