Mədəniyyət və turizm nazirinin müavini BAOƏK-ın bilet satışı üzrə məsul şəxsi ilə görüşüb

17:13 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bilet satışı üzrə məsul şəxsi Miryam Bogataj arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Belə ki, Avropa Oyunları üçün turizm şirkətləri vasitəsilə bilet satışının həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətləri və BAOƏK arasında “dəyirmi masa”nın təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin, bu görüşdə şirkətlər tərəfindən ekskursiyaların aparılması da müzakirə olunub.
Bununla yanaşı, BAOƏK tərəfindən bilet satışı ilə bağlı yaradılmış yeni sayt Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən CNN, Euronews və digər xarici televiziya kanalları vasitəsilə reklam olunacaqdır.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində BAOƏK tərəfindən bilet satışının həyata keçirilməsi üçün müvafiq lövhənin quraşdırılması ilə bağlı təklif irəli sürülüb.
Sonda BAOƏK tərəfindən Bakıda quraşdırılacaq informasiya məntəqələrində turizm xarakterli məlumatların da yer alması müzakirə olunub.
Qeyd edək ki, hazırda Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda turizm informasiya mərkəzləri mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_nazirinin_muavini_BAOAK_in_bilet_satisi_uzre_mesul_sexsi_ile_gorusub-827825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR