Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan güləşçisi Leyla Qurbanova Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qreysi Fiqueroa (ABŞ), Sae Nanjo (Yaponiya), Alçija Çyizoyiç (Polşa) və Rina Rinanı (Hindistan) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Leylanın rəqibi ötən il Avropa çempionatının bürünc mükafatçısı Rusiya idmançısı Aleksandra Nitsenko olacaq.
Bir neçə gün əvvəl gənclər arasında dünya çempionatında 51 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən Leyla Qurbanova birinci yeri tutmuşdu.