x
Loading...

Ölkədə 845 cinayətkar qrup zərərsizləşdirildi

Ölkədə 845 cinayətkar qrup zərərsizləşdirildi
22:57 27 Yanvar 2015
104 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycanda ağır və xüsusilə ağır cinayət törətmiş 845 cinayətkar qrup zərərsizləşdirilib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.
 
Qeyd olunub ki, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb.
 
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 80 faiz çox, yəni 45 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 117 min manat, 35.000 ABŞ dolları və 307.500 rubl olan saxta əskinas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/48636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR