Quba, 31 avqust , Elxan Yusifli, AZƏRTAC
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə kəndlərdə yaşayan gənclərin ictimai fəallığını artırmaq məqsədilə reallaşdırdığı “Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində üçüncü tədbir avqustun 31-də Quba rayonunun turizm mərkəzlərindən sayılan Qəçrəş kəndində keçirilib. Təlimə bu kənddə yaşayan 20 gənc cəlb olunub.
Qeyd olunub ki, layihənin əsas məqsədi Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olmaqdan ibarətdir. Eyni zamanda, layihə gənclərin şəxsi potensiallarını, bacarıqlarını, keyfiyyətlərini üzə çıxarmaq, onlarda özünəinam və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yardım məqsədi daşıyır. Layihə çərçivəsində psixoloji, sosioloji, fəlsəfi mövzularla yanaşı, gənclərdə müxtəlif bacarıqların inkişaf etdirilməsi istiqamətində də təlimlər təşkil olunacaq.
Çıxışlardan sonra təlimlərə start verilib. Gənclərə layihə çərçivəsində komanda işi, uğurlu komandanın, liderin xüsusiyyətləri, liderliyin növləri, fərdi inkişaf və motivasiya, özünüqiymətləndirmə və başqa mövzularda bilgilər çatdırılıb. İştirakçılara məlumatlandırıcı bukletlər, disklər, xüsusi hazırlanmış geyimlər paylanılıb. Təlimin sonunda onlara sertifikatlar təqdim olunub.
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində tədbirlər bundan əvvəl rayonun Ağbil və Güləzi kəndlərində keçirilib.
Layihə çərçivəsində Quba rayonunun daha beş kəndində (Hacıqayıb, Qaraçay, Dağlı, Rustov, Püstəqasım) təlimlər təşkil olunacaq.
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti təlim Qubanın Qəçrəş kəndində keçirilib
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti təlim Qubanın Qəçrəş kəndində keçirilib
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti təlim Qubanın Qəçrəş kəndində keçirilib
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti təlim Qubanın Qəçrəş kəndində keçirilib