Bakı, 2 sentyabr, AZƏRTAC
Avqust ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Butterfly travel", "Natali Travel", "Express-TTS" Məhdud Məsuliyyətli cəmiyyətlər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Qeyd edək ki, bununla da respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.