Play Store

Azərbaycanda Novruz bayramına hazırlıq işlərinə başlandı (FOTO)

Azərbaycanda Novruz bayramına hazırlıq işlərinə başlandı (FOTO)
10:53 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Novruz bayramına hazırlıq işlərinə başlandı.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il martın 19-da Bakıda keçirilən ümumxalq şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.

Tədbirdə geniş məruzə ilə çıxış edən nazir müavini Ədalət Vəliyev Novruz bayramının bu il də əsl təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirdi. Qeyd olundu ki, xalqımızın ən sevimli bayramı olan Novruz bayramının rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2357930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR