Gəncədə VIII siniflərin müəllimləri üçün kurikulum kursları təşkil ediləcək

12:33 28 Yanvar 2015
202 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 28 yanvar, AzərTAc
Gəncə şəhərinin orta məktəblərinin VIII siniflərində dərs deyən müəllimlər üçün kurikulum kursları təşkil ediləcək. Növbəti dərs ilinə hazırlıq məqsədilə təşkil ediləcək kurslar cari ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.
Gəncə Şəhər Təhsil İdarəsinin nəzdindəki metodiki mərkəzin direktoru Zöhrab Hacıyev AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, artıq kurslarda iştirak edəcək müəllimlərin seçiminə başlanılıb. Seçilən müəllimlərin adları siyahıya daxil edildikdən sonra şəhər təhsil idarəsinə təqdim olunacaq. Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar veriləcək və onlar VIII siniflərdə dərs demək hüququ qazanacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_VIII_siniflerin_muellimleri_uchun_kurikulum_kurslari_teskil_edilecek-827990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR