Tokio, 4 sentyabr, AZƏRTAC
Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasının Hirosaki şəhərində 200 il yaşı olan qala qülləsinin yerinin yaxınlıqdakı yeni meydançaya doğru dəyişdirilməsinə başlanılıb. İnşaatçıların bildirdiyinə görə, buna iki ay vaxt lazım gələcək.
Təqribən 400 ton çəkiyə malik qüllə mühüm milli mədəniyyət abidəsi hesab olunur. Qüllənin aşağı hissəsində yerləşən daş divar bir müddət əvvəl əyilərək dağılıb.
Avqustun 3-də inşaatçılar 14 metr hündürlüyündə olan bu üç mərtəbəli qülləni hidravlik domkratlar vasitəsilə qaldıraraq hərəkətə gətiriblər. Daş divarın təmiri məqsədilə qüllənin yerinin təxminən 100 il əvvəl dəyişdirildiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio