АBŞ prezidenti Səudiyyə kralı ilə görüşüb

АBŞ prezidenti Səudiyyə  kralı ilə görüşüb
22:07 4 Sentyabr 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 22:03 ]


Bakı-APA. ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Saud İranın nüvə proqramı, Yaxın Şərqdə sülh nizamlanması və İŞİD-lə mübarizəni müzakirə ediblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki ölkə lideri Vaşinqtonda keçirdikləri qısa brifinqdə bildiriblər.

 

B.Obama bildirib ki, görüş zamanı İranın əldə olunan razılaşmanı pozma ehtimalı, Suriyada vəziyyətin sabitləşməsi və İŞİD-lə mübarizə diqqət mərkəzində olub.

 

Salman bin Əbdüləziz əl-Saud qeyd edib ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün ABŞ-la daim birgə səy göstərməyə çalışır. O, həmçinin danışıqlarda iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunulduğunu bildirib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR