Populyar ifaçı Miri Yusif türk həmkarını məhkəməyə verməkdə qərarlı olduğunu bir daha açıqladı: "Hər bir insan kimliyindən asılı olmayaraq, etdiyi hər hərəkətə görə, cavab verməlidir. Funda Ararın Miri Yusifin "Bağışla" mahnısını mənimsəməsi isə bu nümunələrdən biridir. İndi bu hərəkətə hüquqi yolla cavab verməyin zamanıdır".

Funda Arar - türk sənətçisi
Miri Yusifin prodüseri Emin Əfəndi mahnının müəllifinin Funda Ararla mübahisəyə aidiyyatı olmadığını deyir: "Bir daha təkrar edirəm; yaranmış bu mübahisə, türk müğənnisi Funda Arar və azərbaycanlı müğənni Miri Yusif arasındadır. Burada söhbət "Bağışla" mahnısının kimə mənsub olması yox, nəyə görə Miri Yusifin yazdığı mahnının həmin xanım müğənni tərəfindən icazəsiz oxunmasından gedir. Qardaş ölkə tərəfi, hər vəchlə bu konflikti üzərindən atmağa çalışır ki, məsələ lokal xarakter alsın. Yəni Azərbaycandan kənara çıxmasın. Bu yaxınlarda türk dizisi janrında çəkilən video müraciət, bir daha bu məsələnin arxasında kimlərin olduğunu sübut etdi. Bütün bunlara rəğmən bir daha bəyan edirəm: Bizim məhkəməmiz tək Funda Ararla yox, eləcədə şair Günay Çobanla və bu məsələlərdə adı hallanan DMC (Doğan Music Company) ilə olacaq. "Bağışla" mahnısı Miri Yusif tərəfindən yazılıb və qardaş ölkənin müğənnisi tərəfindən icazəsiz oxunulub. "Bağışla"nı Bağışlamayacayıq!"

Miri Yusif - müğənni
Mahnının ilk ifaçısını nankor və yalançı adlandıran MC Murad onu plagiatlıqda ittiham edən Miri Yusifi insanların fikrini əsas məsələdən yayındırmağa cəhd etdiyini dedi: "İlk növbədə mən insanları daha diqqətli olmağa səsləyirəm. Məsələnin kökü hələ də cavabsız qalır. Aranı qatıb, insanların fikirlərini məsələyə aid olmayan mövzulara yönəntməyə çalışırlar. Mirbabayev Miri Yusif 2014-cü ildə Zamiq Hüseynova yazdığım musiqi ərəsinin plagiat olduğunu iddia edir. Sözügedən “Defoliant-One love” qrupunun (Məni möhkəm tut) mahnısına qulaq asdım və etiraf edirəm ki, həqiqətən nəqarətin 5-6 notunda oxşarlıq var. Bu məqamı onunla izah edə bilərəm ki, dünyada cəmi 7 not mövcuddur və belə təsadüflər normaldır. Mənə məxsus olan “Həyat çətindir”” mahnısının bəndinin, nəqarətə keçid verən körpü hissəsinin və sözlərdəki mövzunun qətiyyən sözügedən mahnısına heç bir aidiyyatı yoxdur və bu əsər sırf mənim beynimin məhsuludur. Bir sözlə əsassız ittihamdır. Əyər məsələ bu cür xırda detallara parçalandısa, xatırlatmaq istəyirəm ki, Miri Yusif solo karyerasına mərhum bəstəkar-ifaçı Mixey və Cumancinin "Sənin üçün" mahnısının musiqisinin plagiati və sözlərinin tərcüməsi ilə başlayıb. Ehtiyac görmədiyim üçün Miri Yusifin müxtəlif illərdə etdiyi plagiatlar barədə danışmaq istəmirəm, çünki məni narahat edən məsələ şəxsən mənim haqqımın tapdalanması və mənimsənilməsidir. Bu barədə isə Miri Yusif susur".
Miri Yusif - "Bağışla"
Musiqiçi türk sənətçisinin erməni ərinin müzakirə mövzusu kimi gündəmə gətirilməsinin tərəfdarı olmadığını deyir: "Funda Ararın əri erməni əsilli olduğunu yeni bilmişəm. Mən ümumiyyətlə insanları rənglərə, irqlərə, dinlərə və millətlərə heç vaxt bölməmişəm. Çünki hər millətin, dinin, irqin yaxşı və ya pis nümayəndələri ola bilər. Yaşadığımız dünyada bu danılmaz faktdır. O ki, qaldı mənim şəxsən Funda Arara mahnı satmağıma... Funda Ararın əri erməni əsilli olduğunu araşdıranlar kaş ki, bu məsələni də dərindən araşdırıb fikir bildirəydilər. Mən Türkiyədə uzun illərdir fəaliyyət göstərən “DMC“ (Doğan Music Company) ilə əməkdaşlıq edirəm və satdığım mahnıların qonorarını “DMC” ödəyir. Daha sonra mahnını hansı mügənninin ifa edəcəyini onlar qərarlaşdırırlar və mən bu məsələyə qarışmıram".
"Mən çox gözəl başa düşürəm ki, hal-hazırda qarşı tərəf əllərində olan böyük imkanlardan istifadə edib mənim təmiz adımı ləkələməyə "cəhd göstərirlər". Mən isə bu mübarizəni tək aparıram və sona qədər də ədalətin bərpa olunmasını tələb edəcəm. Bu mənim son açıqlamamdır. Məhkəmədə görüşənədək!" - deyən MC Murad, qarşı tərəfi məhkəməyə verdiyini açıqladı.
Funda Arar - "Bağışla"
"Bağışla" mahnısı ətrafında yaranmış qalmaqaldan sonra MC Murad (Quliyev) müəllif kimi videomüraciət hazırlayaraq ictimaiyyətə təqdim etmişdi. MC Muradın səbr kasasının daşmasına Türkiyə mətbuatında yer alan Miri Yusif və Funda Arar qalmaqalı olub. İfaçı Funda Ararın yeni albomunda yer alan “Bağışla” mahnısının ona məxsus olduğu və mahnının icazəsiz oxuduğu üçün onu məhkəməyə verəcəyini deyib. O, Miri Yusifi oğurluqda və nankorluqda ittiham edərək, ifaçını repertuarındakı hitlərin müəllifi olduğunu bildirmişdi. Müraciətin hazırlanmasına səbəb Miri Yusifin özünü "Bağışla" mahnısının müəllifi kimi təqdim etməsi olub. Miri Yusifin bu açıqlamasının son hədd olduğunu deyən musiqiçi müraciətində bunun ilk hadisə olmadığını dilə gətirib.
MC Muradın videomüraciəti
Türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban isə mahnının sahibinin Murad Quliyev olduğunu və ondan icazə alındığını açıqlayaraq məsələnin Miri Yusifə heç bir aidiyyatı olmadığını bildirmişdi.
Həmçinin oxuyun: QALMAQAL: Bu video bir çoxlarını şoka salacaq... (VİDEO)