Yol qəzasında sürücü həyatını itirdi

Yol qəzasında sürücü həyatını itirdi
19:51 5 Sentyabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 205,5-ci kilometrliyində, yolun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində, iri ticarət mərkəzinin qarşısında baş verib.

Ələt istiqamətində hərəkət edən Aşağı Nüvədi qəsəbə sakini, 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlunun idarə etdiyi "Vaz 2107" markalı avtomaşın əks istiqamətdən gələn rayonun Xolmili kənd sakini, Hüseynov Fail Xudaverdi oğlunun idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub.

Qəza nəticəsində "Vaz 2107"nin sürücüsü və maşında olan sərnişin - 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızı ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzinə çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Hidayət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Zeynəb Məmmədova isə təcili əməliyyata alınıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər. "Mercedes"in sürücüsü Fail Hüseynov isə qəzadan xəsarətsiz ötüşüb. Qəzanın yüksək sürət və ya digər səbəbdən baş verməsi aparılan istintaq nəticəsində müəyyən olunacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=359977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR