Böyük Britaniya 15 000 suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bildirib

07:12 6 Sentyabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Sentyabr 2015 06:54 ]

Bakı-APA. Böyük Britaniya 15 000 suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Sunday Times məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron miqrasiya böhranının nizamlanması planının hazırlanmasına dair göstəriş verib. Söhbət qaçqınların yerləşdirilməsinə dair proqramın genişləndirilməsindən və qeyri-leqal miqrantların daşınması ilə məşğul olan şəxslərlə mübarizənin sərtləşdirilməsindən gedir.   

 

Bundan əvvəl Devid Kemeron ölkəsinin suriyalı qaçqınlara yardım məqsədilə əlavə 100 mln  funt sterlinq ayıracağını açıqlayıb. Onun sözlərinə görə, Britaniya artıq 5000-dək qaçqın qəbul edib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR