x
Loading...

Tanınmış alimin dəfn yeri açıqlandı- II Fəxri Xiyaban

Tanınmış alimin dəfn yeri açıqlandı- II Fəxri Xiyaban
18:44 6 Sentyabr 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+
.

Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Ağamusa Axundov dünyasını dəyişib.

 

Bu barədə APA-ya onun ailəsindən məlumat verilib.

 

Ailəsindən bildirilənə görə, A. Axundov ötən gecə ürək tutmasından vəfat edib.

 

Tanınmış alim sabah saat 13.00-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

 

 

Qeyd edək ki, A. Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olub.

 

O, 1967-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub. 1981-1999-ci illərdə Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. Ondan sonra isə AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

 

Bir çox elmi və bədii şuraların üzvü olub, çoxsaylı beynəlxalq elmi konfranslarda iştirak edib, dünyanın tanınmış universitetlərində mühazirələr oxuyub, ədəbi fəaliyyətlə məşğul olub.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, əməkdar elm xadimi kimi elmi və fəxri titulları daşıyıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR