Lənkəranda qəza: ana və iki uşağı yaralandı

Lənkəranda qəza: ana və iki uşağı yaralandı
22:44 6 Sentyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da saat 21.30 radələrində Lənkəran şəhərində qeydə alınıb.

 

Rayonun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Faiq Kazımovun idarə etdiyi “VAZ-21011” markalı, 42 BE 724 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn və Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Şamil Babayevin idarə etdiyi “Hundai Sonata” markalı, 90 HE 579 dövlət nömrə nişanlı  minik avtomobili ilə toqquşub.

 

Hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-21011”-in sürücüsü ilə sərnişinləri – rayonun Səpnəkəran kənd sakini, 1985-ci il təvəllüdlü Esmira Səfərova, onun 7 yaşlı qızı Fatimə Səfərova və 5 yaşlı oğlu Zamin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

 Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralıların 4-ə də lazımi yardımlar göstərilib, hazırda  ana ilə uşaqların vəziyyəti stabil, F. Kazımovun vəziyyəti isə orta-ağırdır.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR