Xalq artisti Masallıda dəfn olunacaq

Xalq artisti Masallıda dəfn olunacaq
10:36 7 Sentyabr 2015
170 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.

Axşam.az xəbər verir ki, Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR