İnformasiya texnologiyalarının tətbiqi vergiödəyicilərinin işini asanlaşdırır

İnformasiya texnologiyalarının tətbiqi vergiödəyicilərinin işini asanlaşdırır
11:53 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 
Vergi nəzarəti sistemində informasiya texnologiyalarının tətbiqi AVİS vergi inzibatçılığının tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinin təmin olunmasına, vergiödəyicilərinə geniş çeşiddə elektron xidmətin göstərilməsinə, vergi bəyannamələrinin qəbulu və emalı prosesinin sadələşdirilməsinə imkan yaradıb.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin hamısı bəyannaməni elektron formada təqdim edirlər.
2008-ci ilin əvvəlindən isə ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılıb. Bununla da ƏDV-nin ödənilməsindən yayınma və digər qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin istifadəsinə nail olunub.
Eyni zamanda, vergiödəyicilərinə təqdim edilən müasir elektron xidmətlər sırasına elektron vergi-hesab fakturalarının tətbiqi də əlavə edilib. Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergiödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadə etməklə təmin edir ki, bu da vergiödəyicilərinin işini asanlaşdırır. Belə ki, vergiödəyiciləri və digər şəxslər internetlə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini real vaxt rejimində izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilirlər.
Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergiödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının tez bir zamanda aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin vaxtında təmin olunmasına yardımçı olur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_texnologiyalarinin_tetbiqi_vergiodeyicilerinin_isini_asanlasdirir-882585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR