Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında iştirak edib

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında iştirak edib
14:08 7 Sentyabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
ABŞ-da Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib.
Bu, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından əvvəl İcraiyyə Komitəsinin ilk toplantısıdır.
Tədbirdə 2015-ci ilin yanvarından bu günədək Dünya Güləş Birliyi tərəfindən görülən işlərə dair hesabat dinlənilib, 2016-cı ilin yanvarında nəzərdə tutulan Olimpiya test yarışları, Rio Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.
Las-Veqasda start götürən mundialda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75, sərbəst güləş üzrə isə 57, 65, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Gules_Federasiyasinin_birinci_vitse_prezidenti_Dunya_Gules_Birliyi_Icraiyye_Komitesinin_iclasinda_istirak_edib-882634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR