Azərbaycanda cizgi filmləri sektorunun inkişaf etdirilməsi üçün bir sıra addımlar atılacaq.
Bunu Trend-ə açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Azərbaycan Türkiyə və Çinlə daha keyfiyyətli cizgi filmlərinin istehsalı üçün danışılqlar aparır.
M.Hatəmov qeyd edib ki, yenilik tək bundan ibarət deyil: "Yaxın gələcəkdə cizgi filmlərinin istehsalı üçün yeni texnika alınacaq. Bilirik ki, bu sahənin inkişafı üçün böyuk texniki bazaya ehtiyac var. Eyni zamanda, yeni kadrların hazırlanması da planlaşdırılır".
Direktor hazırda Azərbaycanda bir cizgi filminin istehsal olunduğunu vurğulayaraq bildirib ki, yeni cizgi filmlərinin çəkilməsi istisna deyil.
Milli.Az