Play Store

Azərbaycanda Qafqaz xurmasının 500-600 il yaşlı nümünəsi aşkarlanıb

15:48 28 Yanvar 2015
469 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu ölkə ərazisində mədəni bitkilərin yabanı əcdadlarının tədqiqi nəticəsində Qax-Qəbələ ərazisində Qafqaz xurmasının (Diospyros lotus L.) təxminən 500-600 il yaşlı nümünəsini aşkar edib.

İnstitut Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinə Qafqaz xurmasının təbiət abidəsi kimi qorunmasını tövsiyə edib. Bu barədə Trend-ə Genetik Ehtiyatlar İnstitutundan məlumat verilib.

Genetik Ehtiyatlar İnstitutundan bildirilib ki, ilk dəfə olaraq Böyük Qafqazın Qax rayonu ərazisində yayılan Paxlalılar (Fabaceae Lindl.) və Taxıllar (Poaceae Barnhart) fəsilələrindən olan mədəni bitkilərin yabanı əcdadlarının konspekti işlənib hazırlanıb. Genetik ehtiyatı daha çox olan 38 cins üzrə 51 növün ekoloji-botaniki təhlili aparılıb, üçölçülü GPS göstəriciləri qeydə alınmaqla onlar üzrə herbari və hüceyrə plazması materialları toplanılıb. Beynəlxalq ekoloji qiymətləndirmə metodları ilə aşkar olunmuş 14 növ nadir, nəsli kəsilməkdə və endem bitkinin statusları müəyyən edilib.

İnstitutdan əlavə edilib ki, Azərbaycanın biomüxtəlifliyində endem və subendem bitkilərin yenidən təftişi əsasında müasir ölkə florasında 143 endem və 406 subendem növün olması müəyyən edilib. Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının 22 fəsilə və 45 cinsə aid 185 növdən ibarət “Qırmızı siyahı”sı işlənib hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR