Azərbaycan karateçisi İstanbulda beynəlxalq yarışın qalibi olub

Azərbaycan karateçisi İstanbulda beynəlxalq yarışın qalibi olub
19:38 7 Sentyabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
İstanbulda “Karate-1” Premyer Liqasında iştirak edən Azərbaycan milli komandasının üzvü İrina Zaretska yarışın qalibi adını qazanıb.
AZƏRTAC xəbər verir ki, digər idmançılarımızdan Rafiz Həsənov (-67 kq) və Ceyhun Mustafayev (-60 kq) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Azərbaycan millisi komanda hesabında yeddinci yeri tutub.
İstanbul “Karate-1” Premyer Liqasında 48 ölkədən 492 idmançı iştirak edib.
Dünya Karate Federasiyasının “Karate-1” Premyer Liqa yarışlarında növbəti turnir sentyabrın sonunda Almaniyada keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_karatechisi_Istanbulda_beynelxalq_yarisin_qalibi_olub-882799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR