Alimlər insan beynində susuzluğun açarını tapıblar

Alimlər insan beynində susuzluğun açarını tapıblar
17:23 28 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
İnsanın su içməyini təyin edən sinir hüceyrələrinin iki tipi var. Susuzluğuq məhz onlardan bu və ya digərinin fəallığından asılıdır.
ABŞ-ın Kolumbiya Universitetinin alimləri son tədqiqatlarında insan beynində susuzluğun özünəməxsus açarını aşkar ediblər.
AzərTAc xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu əlamət laboratoriya siçanlarının tədqiqi çərçivəsində təsdiqlənib. Alimlər müəyyən hüceyrə qruplarına təsir göstərməklə canlıların susuzluq hissini idarə etməyə nail olublar.
Əldə olunmuş təcrübə faydalıdır və çoxlu patologiyaların müalicəsində tətbiq olun bilər. Susuzluğun tənzimlənməsi üsulları su balansının bərpası prosesində yararlı ola bilər. Bundan başqa, alimlərin fikrincə, gələcəkdə patoloji susuzluğun müalicəsi mümkün olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alimler_insan_beyninde_susuzlugun_acharini_tapiblar-828101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR