Bakı, 9 sentyabr, AZƏRTAC
Türkiyənin Ankara şəhərində Avropa Palataları Assosiasiyasının 2016-cı il üçün Rəyasət Heyətinin seçkiqabağı iclası keçirilib. Avropa Palataları Assosiasiyasının vitse-prezidenti, Türkiyə Palatalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlunun təşkilatçılığı ilə baş tutan iclasda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyev iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, keçirilən tədbirdə müxtəlif ölkələrin palatalarından Rəyasət Heyətinə namizədliyin irəli sürülməsi və seçki məsələlərinə baxılıb. O cümlədən, Avropa Palataları Assosiasiyasının üzv ölkələr ilə əməkdaşlıq, iş prinsipləri və s. müzakirə olunub.