Bakıda kriminal avtoritetlərə qarşı ƏMƏLİYYAT

Bakıda kriminal avtoritetlərə qarşı ƏMƏLİYYAT
19:59 28 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Həbs edilənlər var

Bakıda kriminal avtoritetlər həbs edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Daxil olan əməliyyat məlumatı əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini tutublar.

 

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla «qanunsuz araşdırmalar» aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin «kassa»sına ötürülməsini təşkil ediblər.

 

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan «Makarov» tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.

 

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR