Azərbaycan futbolunun 85000-ci üzvü qeydiyyatdan keçib
Paylaş
41 baxış·1 dəq oxu
Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan futbol ailəsinin 85000-ci üzvü qeydiyyatdan keçib. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu U-12 Liqasının iştirakçısı, "Neftçi" klubunun üzvü Elcan Rəşid oğlu Əbilovdur. E.Əbilov 9 sentyabr 2004-cü ildə anadan olub. Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.