Bakı, 10 sentyabr, AZƏRTAC
2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə vergi orqanlarında 52 min 897 vergi ödəyicisi qeydiyyata alınıb.