Kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar 37 faiz artıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar 37 faiz artıb
08:58 29 Yanvar 2015
345 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
Dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub. Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb.
AzərTAc xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Nazir qeyd edib ki, son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_mehsullari_istehsalchilarina_lizinqe_verilmis_texnikalar_37_faiz_artib-828230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR