Bakı sakinlərinin gününü göy əskiyə düydülər - VİDEO

Bakı sakinlərinin gününü göy əskiyə düydülər - VİDEO
10:27 29 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

Sakinlərin dediyinə görə, itlər günün istənilən saatında burada olur
Bakının Xətai rayonu, Səməd Mehmandarov küçəsi, 96 və 98 saylı bina sakinləri sahibsiz heyvanlardan şikayət edir. Deyirlər ki, gecə oldu, itlər burada sürü halında gəzir. Binaya gediş-gəliş məhdudlaşır. Çünki buradakı itlər insanlara hücum etməkdən çəkinmir.

Hətta sakinlərin dediklərinə görə, qonşuluqda yaşayan bir xanım da sahibsiz heyvanların hücumuna məruz qalıb.

Əlacsız qalan sakinlər itlərdən qorunmaq üçün müxtəlif yemlərdən və xüsusi ağaclardan istifadə edirlər. Sakinlərin dediklərinə görə, itlər günün istənilən saatında burada olur.

ANS əməkdaşı sakinlərlə bərabər bu heyvanların harada saxlandığını axtarıb. Sahibsiz heyvanların bəziləri binanın zirzəmisində, bəziləri isə bağ sahələrində aşkarlanıb.

Problemlə bağlı rayon mənzil kommunal təsərrüfat birliyindən bildirildi ki, məsələdən xəbardardılar. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz ev heyvanları ilə mübarizə komitəsinə də müraciət edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR