Nadirdən Brillianta CAVAB: "Heç kimin..."

Nadirdən Brillianta CAVAB: "Heç kimin..."
12:24 29 Yanvar 2015
304 Şou
Ölkə mətbuatı
A- A+

Brilliant Dadaşova “10-lar” verilişində həmkarı Nadir Qafarzadənin onun ideyasını mənimsədiyini deyib. Lent.az-ın məlumatına görə, xalq artisti deyib ki, həmkarı Zülfiyyə Xanbabayeva ilə ifa edəcəyi “Unutulur” adlı mahnını N.Qafarzadə onlardan eşidərək, dərhal repertuarına daxil edib: “Verilişlərin birində dedim ki, “Unutulur” mahnısını Zülfiyyə ilə duet oxuyacam. Nadir də bunu eşidib, bizdən qabağa düşüb, ideyamızı mənimsəyib. Buna baxmayaraq, bu duet baş tutacaq. Onu da deyim ki, mahnını Nadir də özünəməxsus oxuyub”.

Müğənni Nadir Qafarzadə repertuarına daxil etdiyi “Unutulur” mahnısı barədə deyilənlərə münasibət bildirib: “İfa etdiyim mahnılar hər zaman müzakirə mövzusu olur, bu normaldır. Bu günə qədər bir çoxları mənim ideyamı oğurlayıblar, oğurlamaqda da davam edirlər. Amma mən heç kimin mahnısını nə oğurlamamışam, nə də ki, mənimsəməmişəm. İllərdir dinlədiyim bir mahnını repertuarıma daxil etmişəm. Bu mahnını ilk öncə tələbəmlə duet şəklində ifa etdim. Lakin daha sonra solo versiyada oxumağı qərara aldım. Çünki əksər yerlərdə xahiş edirlər ki, bu mahnını oxuyum”.

 

Qeyd edək ki, N.Qafarzadənin ifasında olan “Unutulur” mahnısı bu gün “Youtube” yüklənib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR