Bakı, 16 sentyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir.
AZƏRTAC xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, “28 Mall” Ticarət Mərkəzində və Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərini 1, 2, 4 və 50 manata əldə etmək olar.
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Azərbaycan - İtaliya futbol oyununa bilet satışı davam edir
Azərbaycan - İtaliya futbol oyununa bilet satışı davam edir
Azərbaycan - İtaliya futbol oyununa bilet satışı davam edir