Çilidə 8,3 bal gücündə zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, yeraltı təkanlar paytaxt Santiaqo şəhərindən 250 km uzaqlıqda, yerin 33 km dərinliyində baş verib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, güclü zəlzələnin ardında daha iki yeraltı təkan qeydə alınıb.

Zəlzələdən sonra Çili, Peru və Ekivador əhalisinə sunami xəbərdarlığı edilib.

Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Baş verə biləcək sunaminin hərəkət isitqaməti


Sakit okean sahillərindən 130 km uzaqlıqda baş verən zəlzələ nəticəsində Çili höküməti bölgədə yaşayan əhalinin təxliyə edilməsini planlaşdırır.

Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Santiaqo sakinlərinin zəlzələ həyəcanı


Çili hökümətindən verilən məlumatda ciddi dağıntıların olduğu deyilməsə də, sakinlərin "Twitter"də paylaşdığı foto və videolarda dağıntıların olduğu görünür.

Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Zəlzələ nəticəsində baş verən dağıntı


Çilidə 2010-cu ilin fevral ayında 8,8 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər insan həyatını itirib.

Yeraltı təkanlarla əlaqədar Yaponiya, Filippin, Latın Amerikası ölkələri, İndoneziya, Kuril adaları və Kamçatkada sunami təhlükəsi elan olunmuşdu. Zəlzələ nəticəsində ölkənin bir çox ərazilərinin elektrik enerjisi, yanacaq, su və ərzaqla təminatında problemlər yaranıb. Paytaxt Santyaqoda da çoxsaylı dağıntılar baş verib, beynəlxalq aeroport isə bağlanıb. Prezident Baçelet ümumilikdə zəlzələdən 2 milyon insanın zərər çəkdiyini bildirib. Təbii fəlakət nəticəsində ölkəyə 30 milyard dollara yaxın ziyan dəyib.

Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Çilidə 2010-cu ildə zələzələ nəticəsində baş verən dağıntı


Sentyabrın 4-də səhər saatlarında Azərbaycanın Şəki şəhəri ərazisində 7 bal gücündə zəlzələ olub. Zəlzələ 13 km dərinlikdə baş verib. Respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində ciddi dağıntı və təlafat qeydə alınmayıb.

Çilidə güclü zəlzələ (FOTO, VİDEO)
Santiyaqo şəhəri-Zəlzələnin baş verdiyi yer