Xalq artisti Səməd Səmədov oğlu Anarı müğənnilikdən uzaqlaşdırmasının səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Günə baxan" verilişində bunları deyib:

"Yaxşı oxumaqla güclü və savadlının fərqi var. Oğlum müğənni olmaq istəyəndə qarşısına beş ifaçının diskini atdım - Elton Hüseynəliyev, Ayaz Qasımov, Elnur Məmmədov, Samir Piriyev və Elçin Cəfərov. Dedim ki, "Neçə illərdir "toylar kralı" adı daşıyıram. Bu beş nəfər nəinki sənin kimi zəifləri, hətta atanı da məhv edəcəklər". Hər insan bu sözü deməzdi. Belə də oldu, onlar gəldilər meydana, hamını məhv etdilər, indi at oynadırlar. Oğlum mənə təşəkkür edir ki, nə yaxşı, başıma ağıl qoydun, məni sənətdən uzaqlaşdırdın".

Milli.Az