Bakı, 17 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqası turnirindəki təmsilçimiz Azərbaycan çempionu “Qarabağ” bu gün qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Londondakı “Uayt Hart Leyn” stadionunda İngiltərənin “Tottenhem” komandasının qonağı olacaq.
Oyunu isveçrəli baş hakim Adrian Jakkottet idarə edəcək. Ona həmyerliləri Rafael Zeder, Vital Jobin və Yohannes Vogel idarə edəcəklər.
Görüşdə əlavə köməkçi hakim funksiyasını Alain Bieri və Nikolay Hanni yerinə yetirəcəklər.