Bakı, 17 sentyabr, AZƏRTAC
Həştərxanda Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə Birinci Xəzər Media forumu işə başlayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rəşad Əliyev də iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forum Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan ölkələrinin media nümayəndələrini ilk dəfə bir araya gətirib.
Bu nüfuzlu beynəlxalq tədbir Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək və KİV sahəsində, xüsusilə də yeni əməkdaşlıq istiqamətini müəyyən etmək üçün nəzərdə tutulub.
Media forumda Xəzəryanı ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, jurnalistlər, redaktorlar iştirak edirlər.
Azərbaycan tərəfindən mədəniyyət və turizm, təhsil, ekologiya və təbii sərvətlər, rabitə və yüksək texnologiyalar və digər nazirliklərin rəsmiləri, həmçinin müxtəlif redaksiyaların nümayəndələri təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunur