Tbilisi, 17 sentyabr, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirlərinin növbəti görüşünə ciddi hazırlıq gedir. Cari ilin aprel ayında hər üç ölkənin iqtisadiyyat nazirlərinin Batumidə keçirilən görüşündə çox mühüm məsələlər müzakirə olunub və qarşıya ciddi məqsədlər qoyulub.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili söyləyib.
D.Kumsişvili bildirib ki, hazırda, həmin məqsədlərə nail olmaq üçün hər üç ölkənin müvafiq qurumları ciddi çalışırlar. İnanırıq ki, biz üçtərəfli formatda əlaqələrimizin, eləcə də iqtisadiyyatımızın inkişafında mühüm nailiyyətlər qazanacağıq.
Nazir Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirlərinin üçtərəfli görüşünün dəqiq vaxtını açıqlamasa da bu tədbirin yaxın vaxtlarda reallaşacağını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi