SOCAR: İşə qəbul zamanı siyasi mənsubiyyətin qeyd olunması məcburi xarakter daşımır

16:07 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:01 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Əvvəllər Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni işçilər işə götürülərkən, anketlin doldurulması zamanı siyasi mənsubiyyətin qeyd edilməsi halları olub. Ancaq artıq bu anketlər dəyişdirilib".

 

Bunu "APA-Economics"ə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

 

N. Quliyevin sözlərinə görə, artıq yeni anketlər hazırlanıb və köhnə anketlər istifadədən çıxarılıb: "Ola bilər ki, bəzi idarələrdə və müəssisələrdə hələ də köhnə anketlər qalıb və yeni işçilər işə götürülərkən orada bu anketlərdən istifadə olunur".

 

Bundan başqa, şirkət rəsmisi qeyd edib ki, işə qəbul zamanı anketdə siyasi mənsubiyyətin qeyd olunması heç vaxt məcburi xarakter daşımayıb.

 

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Facebook sosial şəbəkəsindəki hesabında qeyd edib ki, SOCAR-a işə qəbul ilə əlaqədar anket doldurularkən siyasi mənsubiyyət də qeyd olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR