Xalq artisti Səməd Səmədovla küsülü həmkarı Sevda Əliqızı barışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Space"-in "Görüş yeri" verilişində bu münasibətlə tort kəsilib.

Belə məlum olub ki, bu küsülülüyün əsl səbəbkarı Səməd Səmədovun prodüseri Rövşən Cəfərov imiş. Veriliş boyu prodüser efirə dəvət olunsa da, gəlməyib. Bundan qəzəblənən Səməd Səmədov prodüserinə səslənib: "Səni işdən çıxaracam".

Verilişdə qonaq olan xalq artisti Mehriban Xanlarova da baş verənlərdən əsəbləşib efirdən "Rövşən, mən də səninlə haqq-salamı kəsdim", - deyib.

Milli.Az