“The Washington Times”: Azərbaycan idman sahəsində uğurlarına və iqtisadi inkişafına görə Davosda seçilirdi

18:08 29 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
“The Washington Times” qəzeti “Azərbaycan idman sahəsində uğurlarına və iqtisadi inkişafına görə Davosda seçilirdi” sərlövhəli məqalə dərc edib.
Məqalədə qeyd edilir ki, bu yaxınlarda İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda iştirak edən ən dəyərli ölkələrdən biri Azərbaycan idi. Forum iştirakçıları iqtisadi inkişafına və qlobal idmana verdiyi töhfələrə görə Azərbaycan haqqında yüksək fikirlər söylədilər.
Davos Forumunda Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyini xatırladan müəllif yazır ki, bu ilin iyununda birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi Azərbaycana xüsusi diqqət göstərilirdi. Forum çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirildi.
Məqalədə həmin mərasimdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müstəqilliyini bərpa etdiyi cəmi 23 il ərzində Azərbaycanın mühüm uğurlar qazanması, dünyada xüsusi rola malik olması, mühüm idman tədbirlərinə ev sahibliyi etməsi ilə bağlı fikirləri də yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/The_Washington_Times_Azerbaycan_idman_sahesinde_ugurlarina_ve_iqtisadi_inkisafina_gore_Davosda_sechilirdi-828413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR