Bakı, 21 sentyabr, AZƏRTAC
Bu gün Topaz Premyer Liqasının beşinci turuna yekun vurulacaq. Turun son görüşündə “Qəbələ” komandası “Sumqayıt” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, oyunu baş hakim Ömər Paşayev idarə edəcək. Köməkçi hakim funksiyasını Vaqif Musayev, Cavanşir Yusifov və Nail Nağıyev yerinə yetirəcəklər. Qarşılaşma saat 21:00-da başlayacaq.
Ümumiyyətlə, bu matç “Qəbələ” və “Sumqayıt” komandaları arasında 13-cü görüşdür. İndiyədək 10 dəfə qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə məğlub olan “qırmızı-qaralar” 27 top vurub, 8-ni buraxıb. Qəbələ şəhərinin təmsilçisi altı ev oyununda xal itirməyib.