Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən "Beynəlxalq Səhiyyə Sərgisi"ndə Latviyanı təmsil edən Yurmala şəhərinin meriyası, "Baltic Care tibbi turizm mərkəzi" alyansı və "Vayvari" milli bərpa mərkəzi "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəsmi nümayəndələri, həmçinin "Beynəlxalq Səhiyyə Sərgisi"ndə Azərbaycanı, Türkiyəni və bir sıra digər ölkələri təmsil edən şirkətlərin rəhbərləri, KİV nümayəndələri iştirak edib.

Qonaqları salamdıqdan sonra söz Latviyanın Azərbaycana yeni təyin olunmuş fövqəlaqə və səlahiyyətli səfiri Yuris Maklakovsa verilib. Cənab Maklakovs Latviyanı Azərbaycanda təmsil etməsindən məmnunluğunu, Azərbaycan-Latviya ikitərəfli əlaqələrin bundan sonra daha inkişaf etdirilməsi üçün əlindən gələcəyini bildirib. Səfir deyib ki, Bakıda keçirilən "Beynəlxalq Səhiyyə sərgisi"ndə Latviyanın təmsil olunması və Latviya stendinin böyük marağa səbəb olması iki ölkə arasında münasibətlərin getdikcə möhkəmlənməsindən xəbər verir. O bildirib ki, Bakı-Riqa əlaqələri yalnız səhiyyə sahəsində deyil, bütün digər sahələrdə də dinamik inkişaf etməlidir.

"Beynəlxalq Səhiyyə sərgisi"ndə Latviyanın müxtəlif tibbi müəssisələrinin iştirakını təmin edən İnvestisiyalar və İnkişaf üzrə Latviyanın dövlət agentliyinə və onun nümayəndəsinə də təşəkkür bildirilib.

Daha sonra seminar iştirakçıları "Latviya səhiyyəsinin imkanları" mövzusunda məruzələri dinlədilər. Tədbir iştirakçılarına Latviya ilə səhiyyə sahəsində əlaqələrin qurulması imkanları, tibbi turizmin inkişafı perspektivləri və hər iki ölkənin vətəndaşlarının bundan faydalanacağı barədə məlumat verilib.

Yurmala şəhər dumasının təmsilçisi bildirib ki, Yumala şəhərində tibbi turizmin inkişafı baxımından çox geniş şəbəkə və infrastruktur yaradılıb. Bura müxtəlif təyinatlı klinikalar, tədqiqat mərkəzləri, istirahət obyektləri, otellər şəbəkəsi və s. daxildir. Məlumat verilib ki, Yurmala şəhərini ziyarət etmiş əcnəbi pasientlər burada müxtəlif xəstəlikləri müayinə və müalicə etdirməklə bərabər asudə vaxtlarını da maraqlı şəkildə keçirmək imkanına malikdirlər.

Özündə Latviyanın 12 aparıcı klinikasını birləşdirən "Baltic Care tibbi turizm mərkəzi" alyansının rəsmi nümayəndəsi təmsil etdiyi qurumun əsas fəaliyyət prinsipləri barədə seminariştirakçılarına məlumat verdi. O bildirdi ki, "Baltic Care" alyasına daxil olan tibb müəssisələri geniş diapazonda xəstəlikləri peşəkar səvəyyədə müayinə və müalicə edir. Tədbir iştirakçılarına bildirilib ki, müalicənin keyfiyyətinin yüksək səviyyədə olması, qiymətlərin isə Qərbi Avropa ölkələri ilə müqayisədə ucuz olması Latviya səhiyyəsini olduqca cəlbedici edir.

"Vayvari" milli reabilitasiya mərkəzinin təmsilçisi bərpa mərkəzində uşaq və böyük, sinir, damar, daxili orqanların xəstəliklərindən sonra fərdi bərpa müalicə kurslarının təşkil olunduğunu vurğulayıb. Bunun üçün "Vayvari" milli reabilitasiya mərkəzinin geniş imkanlara və peşəkar həkim heyətinə malik olduğunu qeyd edən mərkəzin nümayəndəsi bildirib ki, mərkəzdə göstərilən bütün tibb xidmətləri Avropa Birliyinin keyfiyyət standartlarına tam cavab verir.

Milli.Az

Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO
Bakıda "Latviya səhiyyəsinin imkanları" mövzusunda seminar keçirilib - FOTO