Düşənbə, 22 sentyabr, AZƏRTAC
Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Maliyyə Nəzarəti Orqanları Rəhbərlərinin (MNOR) 20-ci müşavirəsi keçirilir.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi müşavirədə üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə informasiya mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə