Bakı, 22 sentyabr, AZƏRTAC
Britaniyalı memar Norman Foster Ruandada pilotsuz uçan aparatlar (dronlar) üçün dünyanın ilk aerovağzalını tikməyi planlaşdırır.
AZƏRTAC “Qazeta.ru” saytına istinadən bildirir ki, dronlardan ölkənin ucqar yerlərinə dərman və tibbi preparatların çatdırılması üçün istifadə ediləcək. Memarın fikrincə, layihə milyonlarla insanın həyatını yaxşılaşdırmağa imkan verəcək.
Aparatlar üçün pilot meydançanın tikintisinə 2016-cı ildə başlamaq nəzərdə tutulur.
Enmə-qalxma zonası ilə yanaşı, pilotsuz uçan aparatlar üçün aerovağzal ərazisində poliklinika, poçt şöbəsi, anbarlar, eləcə də dronların yığılması və təmiri üzrə sex və elektron ticarət mərkəzinin inşası planlaşdırılır.