Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-25-də Nyu-Yorkda BMT-nin inkişafa dair sammitində çıxış edəcək Roma papası Fransiskin təhlükəsizliyini 45 min polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları təmin edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ məxfi xidmətinin keçmiş əməkdaşı Deyv Uilkinson CNN telekompaniyasına verdiyi müsahibəsində qonağın gəlişinə hələ 10 ay qalmış onun təhlükəsizliyinin təminatına cavabdeh orqanların snayper atəşindən tutmuş, zəhərli kimyəvi maddələr və çoxmərtəbəli binada liftin dayanmasına qədər bütün mümkün variantları nəzərdən keçirdiyini bildirib.
Yoxsulluqla mübarizədəki problemlər, həmçinin ətraf mühitin qorunması məsələləri barədə BMT sammitində çıxışından əlavə, papa Fransisk Nyu-Yorka 40 saatlıq səfəri müddətində 11 sentyabr terrorunun qurbanlarına həsr olunmuş muzeyə və memoriala gedəcək, bir çox tədbirlərdə iştirak edəcək.
Nyu-Yorkda Roma papasının təhlükəsizliyini 45 min polis təmin edəcək