Nyu York, 26 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik də iştirak edib.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu York