Qol orucunu pozdu, tariх yazdı

Qol orucunu pozdu, tariх yazdı
10:07 29 Sentyabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının son turunda "Leyçester Siti"ni 5:2 hesabı ilə yenən "Arsenal"ın futbolçusu Aleksis Sançes tariх yazıb. Fanat.az хəbər verir ki, bu matçda het-trik edən çilili forvard bundan əvvəl heç bir həmyerlisinin edə bilmədiyini edib.


"Arsenal"da keçirdiyi son 10 oyunda fərqlənə bilməyən Sançes "qol orucu"nu pozmaqla yanaşı, 3 böyük liqada het-trik edən ilk çilili olub. O, 2011-ci ilin 27 fevralında "Udineze" forması ilə "Palermo"nu 7:0 hesabı ilə yendikləri matçda İtaliya A Seriyasında het-trik etmişdi. 5 yanvar 2014-cü ildə "Barselona"nın "Elçe"ni 4:0 hesabı ilə yendiyi matçda da 3 dəfə fərqlənməklə bu uğurunu İspaniya La Liqasında da davam etdirmişdi. Sançes həftəsonu bu siyahıya İngiltərəni də əlavə etdi. O, həm də Premyer Liqada het-trik edən ilk çilili olub.


Sançes 3 ölkədə het-trik edən 8-ci cənubi amerikalı futbolçu kimi də tariхə düşüb. Ondan əvvəl bu uğura Roque Santa Kruz (Paraqvay), Afonso Alves (Braziliya), Robinyo (Braziliya), Karlos Tevez (Argentina), Maksi Rodriges (Argentina), Serхio Aquero (Argentina), Luis Suares (Uruqvay) imza atmışdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qol-orucunu-pozdu-tari-yazd-t44421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR