"Stressdən 27 kiloqram arıqlamışam" - fotolar

"Stressdən 27 kiloqram arıqlamışam" -  fotolar
11:51 29 Sentyabr 2015
59 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva 27 kiloqram arıqlayıb.

Axşam.az-a açıqlama verən sənətçi heç bir pəhriz saxlamadığını deyib:

“Ana olduqdan sonra çəkim 87 kiloqramdan çox olmuşdu. Pəhriz saxlayırdım, anam dünyasını dəyişəndən sonra həvəsdən düşdüm. Stressdən arıqladım. 27 kiloqram çəki atmışam. Ağır günlər keçirirəm”.

Yeni doğulan oğlu Elgündən danışan S.Sanəliyeva onun incəsənət adamı olmasına icazə verməyəcəyini bildirib:

“Oğlum üçün çalışmalıyam. Əvvəlkindən iki qat çox uğurlar qazanmalıyam. O böyüyəndə heç bir əziyyət çəkməməlidir. İstəmirəm incəsənət adamı olsun. Mənim oğlum gələcəyin idmançısıdır. Çünki çox hərəkətlidir”.

Foto: Ramin ASLANOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=37994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR