Tərtərdə hərbi sursat partlayıb: yaralı var

Tərtərdə hərbi sursat partlayıb: yaralı var
13:47 29 Sentyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunun Səhlabad kəndində məskunlaşan Laçın rayonundan məcburi köçkün, 50 yaşlı Rizvan Zeynalabdin oğlu Bədəlov hərbi sursatın partlaması nəticəsində yaralanıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə onun hasarın kənarına topladığı tullantılar yandırılan zaman baş verib:

"Tullantıları yandırıb. Bu zaman alov qalxıb. Bu da alovu  söndürmək istəyib ki, ətrafa yayılmasın.  Bu zaman orada nə isə partlayıb", - deyə yaralının qohumu Elçin Atakişiyev bildirib.

Partlayış zamanı yaralanan Rizvan Bədəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin müayinədən sonra onun cərrahi əməliyyat olunması üçün Bakı şəhərindən xüsusi ayrılan vertolyotla həkim-cərrah gətirilib. Keçirilən əməliyyat zamanı Rizvan Bədəlovun bədənindəki qəlpələr tamamilə çıxarılıb. Hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

"Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Hər şey qaydasındadır", - deyə həkim-cərrah Zaur Əliyev bildirib.

Hərbi sursatın Qarabağ uğrunda gedən döyüşlər zamanı əraziyə atıldığı ehtimal edilir. Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/372106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR