Ceyms Uorlik: "Dağlıq Qarabağın yekun statusu məsələsi beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır"

14:02 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:57 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Dağlıq Qarabağın final statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır".

 

Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın  Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik”, - deyə o, söyləyib.

 

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR